Yəmən Ənsarullah Hərəkatının baş katibi Seyid Əbdülməlik əl-Husi deyib: “Amerikanın bizdən onunla getməyimizi istədiyi sionist ssenari, öz ümmətimizə qarşı təcavüz layihəsidir.”
Ənsarullah lideri əlavə edib: “Anti-Amerika və anti-İsrail olmağının mənası odur ki, İslam ümmətinin müqəddəslərinin hədəfə alınmasını istəmirsən. Halbuki, Ərəb hökmranlarının əksəriyyəti Amerikanın tələblərinə təslim olmaqla sionist layihəyə qoşulublar.”
Seyid əl-Husi deyib: “Təəssüf ki, Ərəb rejimləri öz xalqlarının hədəfə alındığını bilsələr də, “əlbirlik və şəriklik” sistemindədirlər və öz ölkələrini Amerika hərbi bazalarına açırlar.”
“Amerikanın yanında olduqlarını və onunla müttəfiq olduqlarını elan edənlər, onunla getdilər və hər şeyi onun üzünə açdılar, siyasi və media səviyyəsində, dini diskursda hər şeyi Amerikanın hərbi bazalarına və diktələrinə açdılar” - deyə, Ənsarullah lideri qeyd edib.
Seyid əl-Husi vurğulayıb: “Bəzi ölkələrin Amerikadan asılılığı onların asayişini qorumayacaq və bu asılılığın heç bir faydası olmayacaq.”
Sizin rəyiniz